Hadisə 18-04-2026, 10:40

Şəmkirdə məktəbdə yanğın oldu



Şəmkirdə yanğın olub.

Planetinfo.az Apa-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov adına ikimərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində məktəbin 7 ədəd kompüteri yanıb.

Xəsarət alan olmayıb. Araşdırma aparılır.

Xəbər lenti