İdman 19-12-2025, 16:02

"Birlik" Karate Klubunun iki üzvü para-karate üzrə ölkə çempionu olub

"Birlik" Karate Klubunun iki üzvü para-karate üzrə ölkə çempionu olub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Gənclər və Böyüklər arasında 33-cü Ölkə Çempionatı 18 dekabr 2025-ci il tarixində Bakı şəhərində baş tutmuşdur.

Bu mötəbər yarışda "Birlik" Karate Klubunun iki üzvü iştirak etmiş, kumite və para-karate üzrə ölkə çempionu olublar.

Para-karate üzrə K21 kateqoriyasında iştirak edən Aslan Ercan 1-ci yerə layiq görülərək Azərbaycan Yığma Komandasının üzvü olmuşdur.

Eyni zamanda kumite üzrə qadınlar arasında U21, -61 kq çəki dərəcəsində mübarizə aparan Orucova Gülay 1-ci yeri qazanaraq Azərbaycan Yığma Komandasına üzv olmuş və qarşıdan gələn Avropa Çempionatında iştirak üçün lisenziya əldə etmişdir.

Hər iki idmançının şəxsi məşqçisi Sənan Cəfərovdur.
Bu böyük uğur münasibətilə idmançılarımızı və məşqçimizi ürəkdən təbrik edir, gələcək yarışlarda yeni-yeni qələbələr arzulayırıq!

Xəbər lenti