İdman 22-12-2025, 04:27

Azərbaycan şahmatçısı BƏƏ-də keçirilən beynəlxalq yarışda birinci yer tutub

Azərbaycan şahmatçısı BƏƏ-də keçirilən beynəlxalq yarışda birinci yer tutub
Birləmiş Ərəb Əmirliklərinin məşhur “Grandmasters Chess” klubunda şahmat üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Şahmat Federasiyasında Planetinfo.az-a verilən məlumata görə, 9 ölkənin təmsil olunduğu yarışda Azərbaycan şahmatçısı Fərid Mustafayev birinci yeri tutub. Azərbaycan şahmatçısı 8 xal toplamaqla turnirin qalibi adını qazanıb.

Aktivində 7 xal olan Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi İbrahim Sultan yarışı ikinci pillədə başa vurub. Gürcüstan şahmatçısı Mixail Mçedlişvili bürünc medalçı olub.

Nəsimi

Xəbər lenti