VI İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir.
Planetinfo.az xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev yarımfinal mərhələsində bəhreynli Səid Sadrudinovla qarşılaşıb.
Kotsoyev rəqibin üç şido cərimə xalı alması nəticəsində görüşü qələbə ilə başa vurub.
Təmsilçimiz finalda misirli Omar Elramli ilə üz-üzə gələcək.
***
Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha 1 qızıl, 2 bürünc medal qazanıb.
70 kq çəki dərəcəsində Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib çıxıb.
Eyni çəkidə mübarizə aparan Aytac Qardaşxanlı və Elcan Hacıyev (90 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. (Axar.az)