İdman 7-01-2026, 16:47

Nazir Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Nazir Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Yanvarın 7-də gənclər və idman naziri Fərid Qayıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli Səfiri Kımqu Kanq ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə həmçinin nazir Fərid Qayıbovun ötən ay baş tutmuş Koreya səfəri müzakirə edilib.

Xəbər lenti