İdman 29-01-2026, 14:27

“Liverpul” – “Qarabağ” matçı tarixə düşdü

“Liverpul” – “Qarabağ” matçı tarixə düşdü
Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda keçirilən “Liverpul” – “Qarabağ” matçı tarixə düşüb.

“Qafqazinfo” xəbər verir ki, meydan sahibləri Azərbaycan təmsilçisinin qapısına 38 zərbə endirməklə rekorda imza atıb.

“Qarabağ” üçün isə bu, antirekord kimi tarxiə düşüb.

Bu turnirdə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” matçı yanvarın 28-də İngiltərənin Liverpul şəhərində, “Enfild” stadionunda keçirilib. Oyun mersisaydlıların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti