MyGroup və AzerGold şirkətlərinin baş sponsorluğu altında startı veriləcək U20 Azərbaycan çempionatı ərəfəsində Gəncə İdman Sarayında hakimlər və məşqçilərin iştirakıyla iclas baş tutub.
Planetinfo.az xəbər verir ki, iclasda çempionatla bağlı müxtəlif məlumatlar, təlimatlar verilib, yarışın reqlamenti və Dünya Güləş Birliyinin (UWW) son qaydaları diqqətə çatdırılıb.
Daha sonra yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.
Xatırladaq ki, yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı 3-7 fevralda, qadın güləşi üzrə U15 və U17 ölkə birinciliyi 8 fevralda, yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı isə 9-13 fevralda Gəncə İdman Sarayında təşkil ediləcək.
Görüşlər hər gün 10:00-dan etibarən Azərbaycan Güləş Federasiyasının yutub kanalı ilə canlı yayımlanacaq.
Nəsimi