İdman 24-02-2026, 09:21

"Qarabağ" "Nyukasl"la qarşılaşacaq - UEFA Çempionlar Liqası


"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Planetinfo.az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə "Nyukasl"la münasibətlərə aydınlıq gətirəcək.

Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Xatırladaq ki, Bakıdakı ilk görüşdə "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti