İdman 26-02-2026, 14:24

Ronaldo İspaniya klubunun səhmlərini aldı


Portuqaliya yığmasının və “Əl Nəsr” komandasının ulduzu Kriştian Ronaldo İspaniyanın “Almeriya” klubunun səhmlərini alıb.

Planetinfo.az xəbər verir ki, o, bu klubun səhmlərinin 25 faizinə sahib çıxıb.

Ronaldo bunun çoxdankı arzusu olduğunu bildirib: “Meydandan kənarda da futbola töhfə vermək mənim çoxdankı arzum idi. “Almeriya” möhkəm təməlləri və aydın inkişaf potensialı olan bir İspaniya klubudur. Klubun növbəti inkişaf mərhələsini dəstəkləmək üçün rəhbərlik heyəti ilə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”.

Xəbər lenti