UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə bu gün start verilib.
Mərhələnin ilk oyununda Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərə “Liverpul”unu qəbul etmişdir.
Komandaların start heyətləri aşağıdakı oyunçulardan ibarət olmuşdur.
“Qalatasaray”: Uğurcan Çakır, Sinqo, Sançes, Əbdülkərim, Yakobs, Lemina, Torreyra, Sara, Barış Alper Yılmaz, Noa Lanq, Osimhen.
“Liverpul”: Mamardaşvili, Qomes, Konate, Van Dayk, Kerkez, Qravenberx, Mak Allister, Soboslai, Salah, Virts, Ekitike.
Oyun qarşılıqlı hücumlar şəraitində keçmişdir.
Qalatasaraylı Mario Lemina 7-ci dəqiqədə hesabı açmışdır.
Osimhen 62-ci dəqiqədə fərqlənsə də, qol oyundakənar vəziyyətə görə qeydə alınmır.
71-ci dəqiqədə “Liverpul”un oyunçusu İbrahima Konatenin vurduğu qol da qeydə alınmamışdır.
Matç İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdır.
Tərəflər arasındakı cavab oyunu martın 19-da baş tutacaq.