İdman Bugün, 14:13

Əliyar Ağayev UEFA-dan yeni TƏYİNAT ALDI


FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Planetinfo.az AFFA-ya istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.


Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.


Qeyd edək ki, qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

Xəbər lenti