PSJ Viktor Osimhenlə bağlı son qərarını verib.
Planetinfo.az xəbər verir ki, Fransa nəhənginin transferdən geri çəkildiyi iddia edilir. Fransa mətbuatında dərc edilən xəbərə görə, “Qalatasaray” PSJ-nin idman direktoru Luis Kamposla danışıqlar aparıb. Kampos PSJ-yə Osimhenin alınmasını tövsiyə edən hesabat təqdim edib. Klub rəhbərliyi isə Osimhenin transferinin çox baha olduğunu bildiriblər.
Bildirilib ki, "Qalatasaray" Osimhen üçün PSJ-dən 150 milyon avro transfer haqqı, Osimhen isə illik 20 milyon avro maaş tələb edib.