“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi və əməkdaşlarının iştirakı ilə 2026-cı il üçün təsdiq olunmuş İş Planının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin və fəaliyyətlərin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Planetinfo.az xəbər verir ki, tədbirdə Qoruğun qarşıdakı il ərzində həyata keçirilməsi planlaşdırılan elmi-tədqiqat, mühafizə, bərpa, maarifləndirmə və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət istiqamətləri ətraflı şəkildə müzakirə edilib.
Eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən onlayn şəkildə təşkil olunmuş “Mədəniyyət Sahəsində Peşəkar İdarəetmə Proqramı”nın məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verilib, proqram çərçivəsində əldə olunacaq bilik və bacarıqların Qoruğun idarəetmə fəaliyyətində tətbiqi imkanları dəyərləndirilib.
Görüş zamanı əməkdaşların təklif və rəyləri dinlənilib, qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul olunub.
Nəsimi