Siyasət 1-12-2025, 08:49

Sülh prosesi pozula bilər



Gözlənildiyi kimi cari ildə Ermənistanla sülh müqaviləsinin imzalanması mümkün olmadı. İrəvanın konstitusiya dəyişikliyini yubatması sülhü cari il üçün mümkünsüz etdi. Bəs görəsən növbəti il üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi?

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Planetinfo.az-a bildirib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması, ilk növbədə, gələn ilin iyun ayında bu ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. Millət vəkilinin sözlərinə görə, seçkilərdə Paşinyanın komandası qalib gələrsə, gələn il müqavilə bağlana bilər:

“Əks halda, revanşistlərlə danışıqlarda problemlər ola bilər. Hətta sülh prosesi pozula bilər. Düşünürəm ki, erməni xalqı sülhü seçəcək”.

Anar

Xəbər lenti