Siyasət 4-12-2025, 14:03

Əli Kərimli Azərbaycanı sevməyən istənilən qüvvələrlə əməkdaşlıq etməyə hazırdır



“Əli Kərimlinin özünü “qərbyönümlü” siyasətçi kimi təqdim etməsi yalançı maskalanmış bir imic olub. İllərdir Qərbin dəstəyi ilə Azərbaycanda narıncı inqilaba cəhd etməsi və bunun baş tutmaması bu siyasi avantüristi nə yolla olursa olsun ölkədə sabitliyi pozmaq, konstitusion quruluşu zorla dəyişmək və hakimiyyəti ələ keçirmək üçün bütün xarici qüvvələrin dəstəyindən istfadə etməyə çalışması açıq aydın görünür. Məhz bu məqsədlə Kərimli Moskvadan idarə olunan “Milyaderlər İttifaqı” və İrana bağlı olan Taleh Bağırzadə kimi radikallarla iş birliyinə girərək hakimiyyətə gəlmək üçün İran və Rusiyanın dəstəyini almağa çalışıb”.

Planetinfo.az xəbər verir ki, bunları politoloq Vüqar Əhmədov Taleh Bağırzadənin Əli Kərimlinin həbsinə etiraz əlaməti olaraq bəyanat yaymasına münasibət bildirərkən səsləndirib. O deyib ki, məhz bu məqsədlə Kərimli 2013-cü ildə Milyarderlər İttifaqının dəstəyi ilə siyasi fiqur kimi önə çıxmağa çalışıb, ayrı-ayrı vaxtlarda İran rejimindən dəstək almağa cəhd edib:

“Əli Kərimli Azərbaycanı sevməyən, daima ölkədə sabitliyi pozmaq və nifaq salmaq istəyən qüvvələrlə əməkdaşlıq edərək hakimiyyətə gəlmək üçün istənilən vasitəyə əl atmağa hazır olduğunu göstərir. Məhz buna görə də zamanında siyasi partiya kimi yaranan AXCP-ni bu deletant şəxs radikal bir siyasi qruplaşmaya çevirərək sivil siyasi mübarizədən uzaq olan, daimi küçə hərəkatları vasitəsi ilə çaxnaşma salan bir hərəkata çevirib. Taleh Bağırzadə kimi İranın qucağında oturan dini radikal qrupların Əli Kərimliyə dəstək verməsi İranda Azərbaycandakı sabitliyi gözü götürməyən dairələrin Kərimli vasitəsi ilə ölkədə sabitliyi pozmağa və qarışıqlıq yaratmağa cəhd etməsini açıq aydın göstərir”.

Anar

Xəbər lenti