Siyasət 4-12-2025, 15:48

Qaragüruhçu, radikal qruplaşmalara ölkəmizdə heç vaxt yer olmayacaq



“Hazırda Azərbaycanın inkişafı, torpaqlarımızın işğaldan azad olunduğu, dövlətimizin uğurlu diplomatiyası sayəsində əldə olunan sabitliyi pozmaq cəhdləri, ölkəmizin siyasi səhnəsində AXCP kimi siyasi radikal qrupların mövcud olmasına yer qoymayıb”.

Bunu Planetinfo.az-a politoloq Vüqar Əhmədov deyib. O bildirib ki, bütün qaragüruhçu, radikal, zorakı vasitələrdən istifadə edərək siyasi mübarizə üsulu seçən qruplaşmalara, onların xaricdəki havadarlarına ölkəmizdə heç zaman yer olmayıb və bundan sonra da olmayacaq:

“Çünki xalqımız 1992-1993-cü illərdə ölkəmizdə baş alıb gedən anarxiya və özbaşınalığı unutmayıb. Məhz 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkəmizdə sivil siyasi mühit və plüralizm formalaşdı və Azərbaycan qaranlıq bir zülmətdən işıqlı gələcəyə qədəm qoydu. Heç kimin, heç bir siyasi radikal və qaragüruhçu qüvvələrin ölkəmizı geriyə aparmağa, qaranlıq keçmişin zülmətinə qərq etməyə ixtiyarı yoxdur”.

Anar

Xəbər lenti