“Azərbaycanın bu günkü inkişafı, regionda və dünyada söz sahibinə çevrilməsində müstəsna xidmətləri olmuşümummilli lider Heydər Əliyevin əziz xatirəsini qədirbilən xalqımız daim uca tutur, ona sonsuz sevgi və məhəbbətini izhar edir. Aradan nənki 10 illər, hətta 100 illər keçsə də, Ulu Öndərin əziz xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən xatırlanacaq”.
Bu fikirləri
Planetinfo.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədrinin sözlərinə görə, Heydər Əliyev dünyada yeganə şəxsiyyətlərdəndir ki, ona haqq dünyasına qovuşmasından sonra da xalq tərəfindən bu qədər sevgi, məhəbbət özünü göstərir:
“Bu hər bir siyasi xadimə, liderə aid olan münasibət deyil. Yalnız xalqı uğrunda çalışan, onu işıqlı gələcəyə aparan dahilər dünyalarınə dəyişəndən sonra da ehtiramla yad edilir, xatırlanır. Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən idi”.
Arzuman Muradlı deyib ki, Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə yalnız xalq üçün çalışıb, xalqın, dövlətin ayaqda durması üçün əlindən gələni əsirgəməyib:
“Elə Ulu Öndəri xalq tərəfindən sevdirən də məhz budur”.
Anar