Siyasət
17-12-2025, 12:51
Mehdiyev işi yeni mətləblərin aşkara çıxmasına səbəb oldu
“Ramiz Mehdiyev işi əslində yeni mətləblərin aşkara çıxmasına səbəb oldu. Vaxtı ilə Azərbaycan dövlətində yüksək vəzifələrdə çalışan şəxslər indi ölkəmiz əleyhinə pozuculuq və təxribat əməlləri ilə məşğuldurlar. Xarici dövlətlərdə topladıqları qeyri-qanuni pullar vasitəsi ilə dövlətimiz əleyhinə fəaliyyət aparırlar, hansısa utopik ittifaqlar yaradaraq sabitliyi pozmağa cəhd edirlər. Bunlar isə yolverilməzdir”.
Bu fikirləri
Planetinfo.az-a politoloq Vüqar Əhmədov səsləndirib. O deyib ki, Mehdiyev işi çərçivəsində yeni adlar üzə çıxır və bu hələ son deyil:
“Azərbaycanda Rusiya vasitəsi ilə formalaşdırdıqları şəbəkədə hələ ictimaiyyətə məlum olmayan adlar var, onlar vaxtaşırı aktivləşir, mediada olan öz əlaltıları vasitəsi ilə sabitliyi pozmağa, qarışıqlıq yaratmağa cəhd edirlər. Azərbaycan dövləti böyük ehtimal bu şəbəkənin sonuna kimi gedəcəkdir”.
Anar