"Geriyə qoyduğumuz il Azərbaycan - Rusiya münasibətləri müstəqillik tarixinin ən gərgin dövrünü yaşadı. Təbii ki, əsas səbəb Groznu üzərində vurulan AZAL-a məxsus təyyarə ilə bağlı idi. Rəsmi Moskva motivləri bəlli olan hadisə ilə əlaqədar hələ də beynəlxalq hüququn tələblərindən irəli gələn öhdəlikləri yerinə yetirmir. Əksinə, cinayət işinə xitam verməklə prosesin məntiqinə zidd qərarlar qəbul edir. Bu qəbuledilməz bir yanaşmadır və ölkələrimiz arasında əlaqələrin inkişafına mənfi təsir göstərir".
Bunları
Planetinfo.az-a siyasi ekspert Pərviz Mirizadə deyib. O bildirib ki, Azərbaycan tərəfi Rusiyadan haqlı olaraq cinayətin törədilməsində əli olan şəxslərin cəzalandırılmasını tələb edir:
"Bununla bağlı sərt mövqe nümayiş etdirir. Liderlərin görüşü zamanı Vladimir Putin hadisənin lazımı səviyyədə araşdıralacağını və günahkarların cəzalandırılacağını vurğulamışdı. Görünür Rusiya lideri sözünə əməl etməkdə çətinlik çəkir. Ehtimal ki, onlar müharibə şəraitini əsas gətirərək hərbiçiləri mühakimə etmək istəmir. Lakin bu yanaşma kökündən yanlışdır”.
Anar