Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2025-ci ildə 28 ölkəyə səfər edib.
Planetinfo.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, il ərzində Özbəkistana ən yüksək səviyyədə 23 səfər təşkil olunub. Bu səfərlər, uzunmüddətli əməkdaşlıq üçün yeni müqavilələrin və praktik mexanizmlərin formalaşmasına xidmət edib.
Bildirilib ki, həmçinin, keçən il Özbəkistanda 10 nüfuzlu beynəlxalq tədbir təşkil olinub. Hesabat dövründə Özbəkistan 9 ölkə ilə yeni diplomatik münasibətlər qurub və əməkdaşlıq coğrafiyasını daha da genişləndirib.
Anar