Siyasət 8-01-2026, 14:25

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası TRIPP layihəsinin həyata keçirilməsi üçün zəruridir-Paşinyan




Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün zəruridir.

Planetinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bunu jurnalistlərə müsahibə zamanı bildirib.

"Hazırda müəyyən iş prosesləri davam edir. Əlbəttə ki, ən azı sərhədin müəyyən hissələri kommunikasiya və TRIPP layihəsinin işə salınması üçün demarkasiya olunmalıdır", - deyə Paşinyan sərhədin delimitasiyası və demarkasiyası prosesinin hazırkı vəziyyəti ilə bağlı suala cavab verərkən bildirib.

O qeyd edib ki, hazırda aktiv işlər aparılır:

"Bu iş həssas yanaşma tələb edir. Hazırda bu detalları nəzərə almaq üçün sənədlər hazırlanır".

Qeyd edək ki, 8 avqustda ABŞ prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə Yerevan arasında sülh yolu ilə həll və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin qurulması haqqında birgə bəyannamə imzalayıblar.

Anar

Xəbər lenti