2025-ci ildə baş vermiş 24 mina hadisəsi nəticəsində 33 nəfər zərərçəkən qeydə alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, mina partlamaları nəticəsində 1 nəfər həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
"ANAMA işğaldan azad edilmiş ərazilərdə vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları yerlərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan hissələrə müdaxilə etməməyə çağırır".