Siyasət / Dünya 12-01-2026, 19:04

Trampla təhlükəsizliyi müzakirə etdilər

Trampla təhlükəsizliyi müzakirə etdilər
Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı həmkarı Donald Trampla telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“ABŞ Prezidenti Donald Trampla çox məhsuldar söhbətimiz oldu. Biz müxtəlif mövzuları, o cümlədən suverenliyimizə hörmətlə bağlı təhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsinin azaldılması, ticarət və sərmayələri müzakirə etdik”, - o yazıb.

Şeynbaum qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin həmişə müsbət nəticələr verdiyini də vurğulayıb.

Xəbər lenti