Siyasət
13-01-2026, 15:35
Azərbaycan-Niderland əlaqələri müzakirə edilib
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Niderland Krallığının bu ölkədəki səfiri Joep Vijnands ilə görüşüb.
Planetinfo.az səfirliyə istinadən bildirir ki, Azərbaycanın diplomatik nümayəndəliyində baş tutan görüş səmimi atmosferdə və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yadda qalıb.
Görüş zamanı Azərbaycan-Niderland ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə olunub, müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Anar