Siyasət / Dünya
13-01-2026, 18:06
Ukraynanın müdafiə naziri vəzifəsindən azad edildi
Ukrayna Ali Radası Denis Şmıqalın müdafiə naziri vəzifəsindən istefasını dəstəkləyib. Parlamentin 265 üzvü qərarın lehinə səs verib.
Publika.az xəbər verir ki, parlamentin iclası rəsmi "YouTube" kanalında yayımlanıb.
Qeyd edək ki, Denis Şmıqal Müdafiə Nazirliyinin rəhbəri vəzifəsində təxminən altı ay çalışıb. Məlumata görə, o, bu vəzifəyə 2025-ci ilin iyul ayının sonlarında təyin edilib.