Siyasət 14-01-2026, 10:51

İran yeni ictimai-siyasi münasibətlər sisteminə "hamilədir"



"Qonşu İran İslam Respublikası yeni ictimai-siyasi münasibətlər sisteminə "hamilədir". "Reproduktiv müdaxilə" baş verməsə bu hamiləlik normal doğuşla sonlanacaq. Əks halda yaxın coğrafiyamızda növbəti "bic" dövlətin doğuşuna şahid olacağıq".

Planetinfo.az xəbər verir ki, bunları YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı deyib. O qeyd edib ki, nəticəsindən asılı olmayaraq artıq 17 gündür İran adlı məmləkətdə cərəyan edən hadisə və proseslər yenilikləri qaçılmaz edəcək:

"1979-cu ildən etibarən başına "Moskviç təkəri" qoyub, əyninə "İo-Kio baba"nın xalatını geymiş molla rejimi özünün yaratdığı xalqlar həbsxanasında heç "tək adamlıq kamera"yada layiq bilinməyək.

İranda baş verənlərə, əsasən Güney Azərbaycan kontekstindən yanaşmalı, oradakı soydaşlarımızın mənafeyinə uyğun situasiyanın yetişməsində maraqlı olmalıyıq".

Anar

Xəbər lenti