"Ermənistanın xarici işlər naziri A. Mirzoyanla ABŞ dövlət katibi M. Rubio Zəngəzur dəhlizinin (TRİP) marşrutunun açılmasını rəsmiləşdirilməsi istiqamətində birgə Bəyannamə imzaladi. ABŞ TRİP marşrutunda 74% paya, Ermənistan 26% paya sahib olacaq".
Planetinfo.az xəbər verir ki, bunları deyən siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Vaşinqtonda imzalanan bəyanatı Azərbaycanın strateji qələbəsi saymaq olar:
"Ermənistan uzun müddət "Zəngəzur" dəhlizinin açılmasına qarşı çıxıb. Hazırda isə, dəhlizin açılması üçün ABŞ-la ikitərəfli müqavilə imzalayır. Bu sənəd Ermənistanı Rusiyanın təsir və təzyiqlərini neytrallaşdırmağa da gətirib çıxaracaq. Təbii ki, Ermənistan bu sənədi Azərbaycanla razılaşdırıb. Rəsmi Bakının icazəsi olmadan Yerevan Vaşinqtonla belə bir bəyanat imzalaya bilməzdi".
Məhəmməd Əsədullazadə qeyd edib ki, son günlərdə Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ortaya qoymuşdu:
"Hətta bu dəhlizin Rusiyanın Sərhəd qoşunlarının məsuliyyət zonasında olduğunu və Moskvanın icazəsi olmadan layihənin icrasını qeyri -mümkün hesab edirdi.
Vaşinqtonda bəyanatı seçkilər öncəsi imzalamaqla N. Paşinyan mövqeyini gücləndirmiş oldu. Çünki, müxalifət "Zəngəzur" dəhlizinin Azərbaycana güzəştə getdiyini ortaya atmışdı. Amma, Vaşinqtonda imzalanmış ikitərəfli bəyanat belə bir iddialarım üzərindən xətt çəkdi. Həmçinin burada ərazilərin Ermənistanın yuridiskiyasında olduğu təsbit olunub.
ABŞ şirkətləri Zəngəzurda təmir-tikinti işlərinə cəlb olunacaq. Ermənistanın da məhz planı bundan ibarətdir. Çünki, yolun təmiri üçün maliyyə lazımdır".
Anar