Siyasət 14-01-2026, 13:44

Azərbaycanlılara qarşı addımların atılması qəbuledilməzdir



"Son günlər Rusiyada yaşayan azərbaycanlıların Rusiya-Ukrayna müharibəsinə cəlb olunması ilə bağlı xəbərlər artmaqdadır. Rusiyanın dövlət qurumları bu ölkədə yaşayan azərbaycanlılara qarşı onların sənədlərinin qaydasında olmaması, rus dilini bilməməmələri, hansısa dini tədbirlərdə iştirak etmələri bəhanəsini irəli sürərək, onların məsuliyyətdən azad olunmaları üçün Rusiya – Ukrayna müharibəsində iştirak etməli olduqlarını bildirirlər".

Planetinfo.az xəbər verir ki, bunları deyən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, buna bənzər metod həbsxanalarda da tətbiq olunur:

"Azərbaycanlı məhbuslara qalan cəzalarından azad olunmaq müqabilində müharibədə iştirak etmək təklif olunur. Bütün bunlar haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narahatlıq və etirazla izlənilir. Azərbaycanlılara qarşı bu cür addımların atılması birmənalı olaraq qəbuledilməzdir".

Anar

Xəbər lenti