"Azərbaycanin indiyə qədər Ermənistana etdiyi bütün təkliflər qəbul edilib. Bu müsbət ənənə bundan sonra da davam edəcək".
Planetinfo.az xəbər verir ki, bunları hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, yaşlı və ya rəhbər olmayan cinayətkarların qaytarılması qalıb dövlətimuzin qəbul etdiyi qərardır:
"Qarşılığı da mütləq vardır. Amma bəzən elə məsələlər olur ki, onu açıqlanması məsləhət deyil".
Ekspert qeyd edib ki, bu qərarlar qarşılıqlı razılaşma əsasında qəbul edilir və fərdlərin emosional reaksiyaları ilə uzlaşdırılması vacib deyil:
"Qaytarılma prosesi davam edə bilər, amma bu qətiyyən xunta rəhbərlərinə aid edilməyəcək. Bizi qalıb xalqa çevirən Dövlətimizə və onun qərarlarına hörmətlə yanaşmalıyıq. Dövlət qərarları 10-20 illik perspektivləri nəzərə almaqla qəbul edilir".
Anar