"Bizim üçün İranın əsas beynəlxalq oyunçularla problemlərini həll etməsi və bölgəyə yayıla biləcək qeyri-sabitliyin qarşısını alması vacibdir".
Planetinfo.az xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Onun sözlərinə görə, İranda genişmiqyaslı qeyri-sabitlik baş verərsə, regionun öhdəsindən gəlmək gücü olmaya bilər:
"Bizim prioritetimiz güc tətbiqinə səbəb olan bir vəziyyətin qarşısını almaqdır. Son aylarda, 12 günlük müharibə zamanı İsrail və Amerikanın məhdud hücumları ilə qarşılaşdıq. Bunun bir daha baş verməsini istəmirik. Problemlərin dialoq yolu ilə həll edilməsini istəyirik. Buna görə də diplomatik səylərimizi davam etdirəcəyik. Ümid edirik ki, Amerika və İran bu məsələni ya vasitəçilik yolu ilə, ya da birbaşa həll edəcəklər", - deyə o, bildirib.
Anar