İranın Pakistandakı səfirinin İslamabaddakı mətbuat konfransı ləğv edilib.
Teleqraf xəbər verir ki, səfir Rza Əmiri Möqəddəm bu gün İslamabad Milli Mətbuat Klubunda İrandakı mövcud vəziyyətlə bağlı açıqlama verməli idi.
“Afghan International” yazıb ki, bu tədbir Pakistan Xarici İşlər Nazirliyinin etirazı və təhlükəsizliklə bağlı mülahizələri səbəbindən ləğv olunub. Bu məsələ hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Jurnalistlər İran səfirinin gəlməməsi səbəbilə tədbirin keçirilməli olduğu məkanı tərk ediblər.
Konfransdan əvvəl jurnalistlərdən İran səfirinin mətbuat konfransını canlı yayımlamamaq xahiş olunmuşdu.