Siyasət / Dünya 16-01-2026, 11:06

İranda ölənlərin sayı artdı

İranda ölənlərin sayı artdı
İranda davam edən etirazlarda ölənlərin sayı 2677-yə çatıb.

Publika.az xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, 2677 nəfər həyatını itirib, 2600-dən çox insan yaralanıb.

Həmçinin nümayişlərdə 19097 nəfər saxlanılıb.

İran hakimiyyəti nümayişlərdə ölən və ya yaralananların ümumi sayı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xəbər lenti