Siyasət 16-01-2026, 11:55

Biz hələ çox uğurların və qələbələrin şahidi olacağıq




"Bəzən dövlət elə addımlar atır ki, bu gün vətəndaş həmin addımı bəyənməyə bilər. Lakin emosiyalara və aldadıcı çağırışlara uymadan, bu addımların xarici iqtisadi təzyiqlərə qarşı müdafiə mexanizmləri yaratdığını və gələcək illər üçün mühüm əhəmiyyət daşıdığını anlamalıyıq".

Planetinfo.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. Onun sözlərinə görə, milli maraqlara zidd sanksiyalardan yayınma siyasətini həyata keçirmək indiki dövr üçün çox mürəkkəb prosesdir:

"Biz hələ çox uğurların və çox qələbələrin şahidi olacağıq. Bu, bizim birliyimizdən, həmrəyliyimizdən və böyüklüyümüzdən irəli gəlir. Bu dəyərlər ətrafında birləşərək xalqımıza xoşbəxt gələcəyin təminatını bəxş etməliyik".

Anar

Xəbər lenti