Siyasət 16-01-2026, 14:59

Rusiyanın müharibədə qələbə qazanmaq üçün resursları azalır




“Rusiya həmişəki kimi qeyri insanı, qeyri-qanuni hərəkətlərindən birini edir. Bu praktika müharibənin başladığı dövlərdən tətbiq edilir. Tək həbsxanalardan yox iş yerlərindən, küçədən insanları tutub müharibəyə yollamaq adi hal alıb. Bu ilk növbədə Rusiyanın zəifliyini, sonra isə insanlara verdiyi "dəyəri" göstərir”.

Bunları Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Rusiya həbsxanalarında məhkum həyatı yaşayan azərbaycanlıların Ukraynaya müharibəyə gedəcəkləri təqdirdə cəzalarının azaldılacağı, yaxud ləğv ediləcəyi seçimi qarşısında qoyulmasını şərh edərkən söyləyib. Onun sözlərinə görə, görünən odur ki, Rusiyanın düşdüyü ağır durum onu hər addımı atmağa vadar edir:

“Bu baxımdan hesab etmək olar ki, Rusiyanın müharibədə qələbə qazanmaq üçün resursları azalır, ya da artıq yox dərəcəsindədir. Bu isə Rusiyaya hər baxımdan yaxşı heç nə vəd etmir. Məcburi şəkildə, xüsusən də, məhbusu orduya alıb, döyüşə göndərmək, əslində öz dövlətinə xəyanətdir. Çünki məcburi döyüşən əsgərdən qələbə gözləmək olmaz. Buna görədir ki, Rusiya dörd ilə yaxın müddətdə əsaslı şəkildə Ukraynada heç bir uğura imza ata bilməyib”.

Anar

Xəbər lenti