Siyasət / Dünya
16-01-2026, 17:49
Paşinyan Davos İqtisadi Forumunda iştirak etməyəcək
Ermənistan Baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumunda iştirak etməyəcək.
APA xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
O qeyd edib ki, Ermənistan Baş naziri 19-23 yanvar tarixlərində keçiriləcək Davos İqtisadi Forumuna qatılmayacaq.