Siyasət 19-01-2026, 11:11

20 Yanvar faciəsi bütün dünya azərbaycanlılarının milli şüurunun formalaşmasında dönüş nöqtəsi oldu



20 Yanvar faciəsi təkcə Azərbaycan tarixində deyil, bütün dünya azərbaycanlılarının milli şüurunun formalaşmasında dönüş nöqtəsi oldu.

Planetinfo.az xəbər verir ki, bunu YAP üzvü Maqsud Süleymanlı deyib. O bildirib ki, bu qanlı hadisədən sonra sovet imperiyası Azərbaycanda özünün siyasi, mənəvi və sosial dayaqlarını tamamilə itirdi. Xalqın azadlıq və müstəqillik arzuları daha da gücləndi, müstəqil dövlətçilik ideyası ümummilli məqsədə çevrildi:

"Eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ilk dəfə olaraq vahid məqsəd ətrafında birləşərək milli faciəmizin beynəlxalq ictimaiyyətə çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi və ağır nəticələrinin aradan qaldırılması istiqamətində təşkilatlanmağa başladılar. Bu proses dünya azərbaycanlılarının həmrəyliyinin və milli birliyinin əsasını qoydu".

Anar

Xəbər lenti