"Terrorsuz Türkiyə üçün atılan hər bir addım bu bayrağın daha azad dalğalanması üçündür. Bilirik ki, sülh, birlik və qardaşlıq içində dalğalanan bayraq güclü dövlətin, şərəfli xalqın ən böyük nişanəsidir".
Planetinfo.az xəbər verir ki, bunları Dünya Türk Qadınlar Platformasının qurucusu Günay Əliyeva Türkiyə bayrağına qarşı edilən sayğısızlığa münasibət bildirərkən deyib. O qeyd edib ki, Türk Bayrağı qürur mənbəyidir:
"Keçmişin fədakarlığını, bu günün möhkəmliyini və sabahın ümidini daşıyır. Ona baxanda sadəcə bir parça görmürəm, əcdadların mübarizəsini, anaların dualarını, uşaqların gələcəyini görürəm. Bayraq mənim üçün sadəcə simvol deyil; bir millətin şərəfi, yaddaşı və gələcəyidir. Hər dəfə Türk Bayrağını görəndə qürur duyuram. O, şəhidlərin əmanətidir, bu torpaqların ruhudur, xalqın namusudur".
Anar