Siyasət
22-01-2026, 08:59
Ölkəmizin qlobal iqtisadi və siyasi müstəviyə inteqrasiyasında mühüm mərhələ
"Dünya İqtisadi Forumu Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan və ölkəmizin illərdir fəal şəkildə təmsil olunduğu nüfuzlu beynəlxalq platformalardan biridir. Azərbaycan bu forumda ilk dəfə 1995-ci ildə iştirak edib. Həmin ilin 27–31 yanvar tarixlərində Ümummilli Lider Heydər Əliyevin Davos Forumunda iştirakı ölkəmizin qlobal iqtisadi və siyasi müstəviyə inteqrasiyasında mühüm mərhələ olub".
Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. O bildirib ki, bu ənənə sonrakı illərdə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
"Dövlət başçısının Davos Forumunun iclaslarında müntəzəm iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, ölkəmizin iqtisadi uğurlarının və irimiqyaslı layihələrinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verib. Forum çərçivəsində Ölkə başçısının çıxışları və keçirdiyi görüşlər hər zaman iştirakçıların diqqət və marağına səbəb olub. Bunun əsas səbəbi Azərbaycanın davamlı inkişaf yolu keçməsi, əldə etdiyi nailiyyətlər və beynəlxalq layihələrdə fəal iştirakı ilə etibarlı tərəfdaş kimi tanınmasıdır".
Anar