"Cənab Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibəni izləyərkən onu sadəcə dövlət başçısının çıxışı kimi deyil, həm də dəyişən dünyada ölkəmizin harada dayandığını göstərən aydın mövqe kimi qəbul etdim. Bu müsahibə mənim üçün rəsmi bəyanatlardan daha çox, real çağırışlara verilən açıq və praqmatik cavab təsiri bağışladı".
Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Elşən Səfərov deyib. O bildirib ki, müsahibədə ən çox diqqətimi çəkən məqamlardan biri Prezidentin qlobal münasibətlərdə baş verən dəyişikliklərə realist yanaşması oldu:
"O, dünyada artıq əvvəlki qaydaların işləmədiyini, güc və maraqların daha açıq şəkildə ön plana çıxdığını qeyd edərkən bunu sadəcə tənqid kimi yox, mövcud reallıq kimi təqdim etdi. Mənim gözümlə bu yanaşma səmimi və məsuliyyətlidir. Çünki problemləri olduğu kimi qəbul etmədən doğru qərar vermək mümkün deyil. Bu fikirlər insanı düşünməyə vadar edir. Həm dövlətlər, həm də fərdlər illüziyalara yox, real güc və bacarıqlara arxalanmalıdır".
Anar