Siyasət 26-01-2026, 09:20

İlham Əliyevin müdrikliyi və düşünülmüş siyasəti Cənubi Qafqazın xilasına hesablanıb



"Münaqişələrlə bağlı qarşı duran tərəflər danışıqlar üçün neytral hesab etdikləri məkanları seçirlər. Bundan əvvəl Ukrayna-Rusiya müharibəsi ilə bağlı keçirilən görüşlər müxtəlif şəhərlərdə baş tutmuşdu. Nümayəndə heyətinin harada təmaslara keçməsi məncə o qədər də əhəmiyyət daşımır. Vacib olan odur ki, kompromislər üçün mühit və iradə ortada olsun".

Bu fikirləri Planetinfo.az-a siyasi şərhçi Əli Orucov dünyanın kritik münaqişələrinin həlli istiqamətində əsas görüşlərin Birləşmiş Ərəb Əmirliklərində keçirilməsinin səbəbindən danışarkən səsləndirib. O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliyi dünyanın maliyyə və iqtisadi mərkəzlərindən biridir:

"Birləşmiş Ştatlarla da sıx əməkdaşlıq edir və müttəfiq sayılır. Ancaq bununla belə Kiyev və Moskva ilə də normal münasibətlərə malikdir. Görünən odur ki, Rusiya və Ukraynanın müharibəni bundan sonra davam etdirmək üçün gücü qalmayıb".

Azərbaycanın Ermənistanla Əbu Dabudə keçirilən görüşünə gəlincə isə, Əli Orucov hesab edir ki, bu, Bakının seçimi idi:

"Həm də bu görüş xarici siyasət sahəsində daha bir uğur üçün zəmin hazırladı. İki ölkə lideri arasında vasitəçisiz olaraq qurulan təmaslar göstərdi ki, bu format daha məqbul və nəticəlidir. Cənab İlham Əliyevin müdrikliyi və sistemli düşünülmüş siyasəti ümumilikdə Cənubi Qafqazın xilasına hesablanıb və bu siyasət də özünü tam doğrultmaqdadır".

Anar

Xəbər lenti