“Azərbaycan Liberal Partiyasının sabiq rəhbəri Lalə-Şövkət Hacıyeva istisna olmaqla qadınların partiya rəhbərliyində təmsiçiliyinə sanki qısqanclıq olub. Halbuki hazırkı siyasi meydanda bu posta layiq yüksək liderlik qabiliyyətinə malik qadın siyasətçilər var”.
Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O deyib ki, VHP sədrinin müşaviri, deputat Tənzilə Rüstəmxanlının, Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayilovanın, Ümid Partiyasının sədr müavini Tamella Qulaminin simasında cəmiyyət tərəfindən tanınan və qəbul edilən qadın siyasətçilərimizin hər biri liderlik keyfiyyətlərinə malikdirlər:
“İqtidar partiyasında xanımların təmsilçiliyi rahat və problemsizdir. Təəssüflər olsun ki, müaxlifət cinahına bunu demək mümkün deyil. Qeyri-iqtidar düşərgəsində siyasi fəaliyyət göstərən qadınların üzərində həm ağır yük, həm məsuliyyət, həm də basqılar var. O üzdən müxalifətdə təmsil olunan qadın siyasilərin xüsusi çəkisi də azdır, barmaqla sayılacaq qədərdir. AVP-də G.Ağamalının sədr seçilməsi təkcə gender baxımından deyil, eyni zamanda gənclərə meydan verilməsi baxımından da önəmli haldır”.
Anar