Siyasət 26-01-2026, 00:05

ABŞ vitse-prezidentinin səfərindən gözləntilər nələrdir?



“Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza, xüsusilə də Azərbaycan və Ermənistana nəzərdə tutulan səfəri Bakı ilə İrəvan arasında yekun sülh prosesini sürətləndirmək baxımından əhəmiyyətlidir. Hesab edirəm səfər məhz bu məqsədə xidmət edir”.

Bu fikirləri Planetinfo.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə səsləndirib. O qeyd edib ki, bu səfər həm də ABŞ-ın regionda mövqelərini gücləndirməyə xidmət edəcək:

“Düşünürəm ki, Cey Di Vens həm də sülh müqaviləsinin əsas detallarından biri olan Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərlə yaxından tanış olmaq üçün gəlir. Həmçinin, Ermənistan və Azərbaycan arasında ikitərəfli müqavilələr bağlanacaq ki, bunu da Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı Amerikanın strateji yanaşmasının növbəti mərhələsi kimi qiymətləndirmək olar”.

Politoloqun sözlərinə görə, Bakı dəfələrlə Vaşinqtonun diqqətinə çatdırıb ki, İrəvanla sülh müqaviləsinin imzalanması Ermənistan kosntitusiyasına dəyişiiklikdən sonra mümkün olacaq:

“Bunu həm Vaşinqton, həm də İrəvan yaxşı bilir. Bütün bunlara baxmayaraq de-fakto sülh var və ikitərəfli münasibətlərdə xeyli irəliləyiş əldə olunub. Azərbaycan Ermənistana tətbiq olunan transit blokadasını aradan götürüb”.

Anar

Xəbər lenti