Siyasət / Dünya 26-01-2026, 09:57

İrana qarşı hərbi əməliyyatlar dalğasının başladılması ehtimalı yüksəkdir



“Birləşmiş Ştatların qlobal müstəvidə gücə əsaslanan ekspansiya həyata keçirdiyini nəzərə alarsaq İrana qarşı yeni hərbi əməliyyatlar dalğasının başladılması ehtimalı olduqca yüksəkdir”.

Bu fikirləri Planetinfo.az-a siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, hazırda regionda ciddi hərbi aktivlik müşahidə olunur:

“ABŞ - ın Yaxın Şərqə yerləşən bazarlara əlavə hərbi qüvvələr yerləşdirməsi, İran istiqamətinə avia daşıyıcılar və onları müşayət edən güc qruplarının göndərilməsi təsadüfi qüvvələr cəmləşdirməsi deyil. Aydındır ki, mövcud hərəkətlilik məhz hər hansı bir ssenariyə hazırlığın tərkib hissəsidir. Bu ssenarinin İslam ölkəsi ilə əlaqədar olduğu bölgədəki geosiyasi dinamikandan bəllidir”.

Pərviz Mirizadə qeyd edib ki, bir çoxları etiraz aksiyaları zamanı Amerikanın İrana hücum edəcəyini düşünürdü:

“Ancaq İran kimi dini məzhəbsəl ölkəyə məhz qarışıqlıqlar fonunda müdaxilə etmək əks təsir yarada, xalqı rejim ətrafında birləşməyə və rejimin arqumentlərini təsdiqləməyə səbəb olardı. Bu səbəbdən hər hansı bir hərbi müdaxilənin şahidi olmadıq. Lakin onu da qeyd etmək lazımdır ki, fundamental səbəblər qaldıqca ehtimallar hər an aktulladır”.

Anar

Xəbər lenti