“ABŞ prezidenti Donald Trampın, özünün sosial şəbəkə hesabında vitse-prezident Cey Di Vensin fevral ayında həm Azərbaycana, həm də Ermənistana səfər edəcəyi ilə bağlı məlumatı , Birləşmiş Ştatların son vaxtlar Cənubi Qafqaza olan diqqət və marağından doğur. Xüsusilə də Donald Trampın ikinci prezidentlik dövründə Cənubi Qafqaza olan diqqət kifayət qədər artıb”.
Bunları
Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, vitse-prezident Cey Di Vensin fevralda nəzərdə tutulmuş Cənubi Qafqaza səfəri Vaşinqtonun bölgədə davam edən sülh təşəbbüslərinin daha da gücləndirilməsi istiqamətində mühüm addım olar:
“Eləcə də hesab edirəm ki, bu səfər “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsini irəli aparmaq məqsədilə planlaşdırılır. Səfər Azərbaycan və Ermənistan arasında sülh prosesinə ciddi təsir edəcək və heç şübhəsiz ki, prosesləri yaxşılaşdıra və sürətləndirə bilər. Həmçinin cənab Vensin səfəri Vaşinqtonun regionda diplomatik səylərini aktiv şəkildə davam etdirmək niyyətində olduğunu göstərir və ABŞ-ın vasitəçilik rolunu gücləndirir”.
Anar