“ABŞ-Azərbaycan münaisbətlərinin sürətlə inkişaf etməsinin digər bir nümunəsi Davosda baş verdi. ABŞ Azərbaycanı Qəzza üçün Sülh Şurasına dəvət etdi. Azərbaycan qlobal proseslərə və yenidən formalaşan dünya nizamında seyredici mövqedə yox, məhz onun iştirakçısına və proselərə təsir göstərə bilən ölkəyə çevrilir”.
Bu fikirləri
Planetinfo.az-a Milli Məclisin deputatı Azər Badamov Amerika-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, ABŞ prezidentinin Davosda keçirdiyi iki ikitərəfli görüşdən birinin məhz Azərbaycanla baş tutması Vaşinqtonun Azərbaycana münasibətini və Cənubi Qafqazda lider ölkənin kimin olduğunu bir daha təsdiq etmiş oldu:
“Dövlət başçıları görüşdə ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, TRİPP layihəsinin açılması və digər məsələləri müzakirə etdi”.
Azər Badamov qeyd edib ki, Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsi regionumuza davamlı sülh və əməkdaşlıq gətirir:
“Belə ki, uzun illərdən sonra regionumuzda münasibətlər ədalət prinsipi üzərində qurulmağa başlayıb”.
Anar