Siyasət 27-01-2026, 11:23

Tramp Cənubi Qafqaza səfər edə bilərmi?



Xəbər verildiyi kimi Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens gələn ay Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda da olacaq. ABŞ vitse-prezidentinin regiona səfəri zamanı Ağ Ev rəhbəri Donald Trampın Azərbaycana səfərinin müzakirə ediləcəyi barədə də fikirlər yayılır. Bəs görəsən bu barədə ekspertlər nə düşünür?

Siyasi ekspert Çingiz Şahbazi Planetinfo.az-a deyib ki, Vensin səfərindən gözləntilərdən biri də ABŞ prezidenti Donald Trampın Cənubi Qafqaza səfəri ilə bağlıdır. Onun sözlərinə görə, bu səbəbdən Vensin səfəri Tramp administrasiyasının bölgədə davamlı səylər göstərmək niyyətini indikasiya edir və prezident Trampın sonrakı dövrlərdə özünün də regiona gəlməsi üçün zəmin yarada bilər:

"Hesab etmək olar ki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanması öncəsi Tramp belə bir addım atsın. Əlbəttə ki, bu təsdiqlənməmiş olsa da, mümkün gələcək mərhələ kimi qiymətləndirilə bilər. Bu baxımdan bütün mümkün variantları nəzərdən keçirərək bu nəticəyə gəlmək olar ki, səfər regionda sülh prosesini dəstəkləmək üçün müsbət diplomatik addımdır və dialoqu intensivləşdirmək üçün əlverişli olacağını qeyd etmək lazımdır. Bu səfəri həm də iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına dair real dəstək hesab etmək olar.

Anar

Xəbər lenti