Siyasət 27-01-2026, 13:05

İran: Müharibəyə tam hazırıq



"Müharibəyə tam hazırıq".

Planetinfo.az İran mediasına istinadən bildirir ki, bunu İran hökumətinin sözçüsü Fatma Mohacerani deyib. O bildirib ki, ölkəsi münaqişə zonalarındakı problemləri həll etmək üçün dialoqa və regional sabitliyə üstünlük verir, eyni zamanda milli maraqları qorumaq üçün digər variantları da masada saxlayır.

Mohacerani xarici mətbuatda İrana qarşı müharibə təsəvvürünün yaradıldığını və bununla da İran xalqı arasında narahatlıq yaratdığını bildirib və əlavə edib:

"Müharibə təhlükəsi şəraitində xarici mətbuatda müharibə təbilləri barədəeşidirik. Əlbəttə ki, bu, bizim təhlükə ilə ilk dəfə qarşılaşdığımız hal deyil. Əvvəllər çoxmərhələli müharibədə olduğumuzun fərqindəyik. Prioritetimiz problemləri diplomatiya yolu ilə həll etməkdir. Bununla belə, digər variantlar da gündəmimizdədir. Biz müharibəyə tam hazırıq",-deyə Mohacerani bildirib.

Anar

Xəbər lenti