Siyasət 27-01-2026, 13:28

Fidan fransalı həmkarı ilə görüşdü



Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan Fransa xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.

Planetinfo.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, görüşdə Ankara ilə Paris arasında mövcud olan əlaqələr, qarşılıqlı siyasi və ticari münasibətlərin inkişaf etdirilməsinin perspektivləri müzakirə edilib.

İki ölkənin xarici siyasət idarəsi rəhbərlərinin görüşündə Yaxın Şərqdəki vəziyyət, Qəzza Sülh Şurasının fəaliyyəti, eləcə də Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində atılan addımlara da nəzər yetirilib.

Fransalı nazirin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcəyi gözlənilir.

Anar

Xəbər lenti