Siyasət
28-01-2026, 12:56
Niderlandda Xocalı qurbanları anılacaq
Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Azərbaycandan kənarda da bir sıra tədbirlər təşkil olunacaq.
Planetinfo.az xəbər verir ki,belə tədbirlərdən biri Niderland Krallığında baş tutacaq. Bu barədə məlumat verən Niderland Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın deyib ki, fevralın 22-də Xocalı qətliamında həyatını itirən günahsız vətəndaşlarımızı anmaq üçün anım proqramı təşkil ediləcək.
Əvvəlcə tədbir iştirakçıları Den Haaqdakı Xocalı abidəsinin önünə gül dəstələri qoyacaq, soyqırım qurbanlarını anacaqlar. Daha sonra proqram konfrans çərçivəsində davam edəcək.
Anar