Siyasət 28-01-2026, 13:40

Sülh müqaviləsi uzandıqca kənar güclərin iki ölkə arasına girmək ehtimalları artır




“Ermənistanla imzalanacaq sülh müqaviləsi uzandıqca kənar güclərin iki ölkə arasına girmək ehtimalları artır. Azərbaycanın Ermənistan qarşısında qoyduğu konstitusiya dəyişikliyi məsələsi prinsipial məsələ olsa da sülh müqaviləsinin buna görə uzadılması məsələsi bir də götür-qoy edilməlidir”.

Bunları Planetinfoı.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Ermənistan sülhdə maraqlıdırsa, bundan istifadə etmək lazımdır:

“Ermənistanda hakimiyyətin kövrək olduğunu nəzərə alsaq hər gün bir şey ola bilər. Bu baxımdan da hesab etmək olar ki, Ermənistanla nə qədər tez sülh bağlayıb məsələni gündəmindən çıxarsaq bir o qədər yaxşı olar. Bu həmçinin seçkilərdə Paşinyanın əlinə də oynayar, revanşist qüvvələrin ümidlərini qırar. Sülh pozulacaqsa hər hansı səbəbdən bu yenə də baş verə bilər. Amma sülh müqaviləsindən sonra bu olarsa, Azərbaycanın dili uzun olacaq. Bundan sonra Azərbaycan Ermənistana istədiyi cəzanı verə bilər”.

Anar

Xəbər lenti